Modern.az

Koronavirusa yoluxan baş nazir ölkədə tətil elan etdi

Koronavirusa yoluxan baş nazir ölkədə tətil elan etdi

9 Aprel 2021, 20:38

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar mayın 4-dən 11-dək tətil elan edilib.

 

Modern.az xəbər verir ki, müvafiq qərar Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul edilib.

 

Bundan başqa, ölkə ərazisində işəgötürənlərə distant rejimə keçilməsi tövsiyə olunub.

 

Qeyd edək ki, iclas Baş nazir İ.Qaribaşvilinin koronavirusa yoluxması ilə əlaqədar onlayn formatda keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir