Modern.az

“2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” - Tramp

“2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” - Tramp

Aktual

12 Aprel 2021, 00:40

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilər zamanı Respublikaçılar Partiyasının qələbəsinə əmin olduğunu bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

“Əminəm ki, 2022-ci ildə biz Nümayəndələr Palatası və Senat üzərində nəzarəti geri qaytaracağıq. 2024-cü ildə isə Ağ Evi Respublikaçı namizəd qazanacaq”, - deyə Tramp bildirib.

 

O, həmçinin partiyasından olan namizədləri dəstəkləyəcəyini, lakin prezident seçkilərində iştirak edəcəyinə təminat verə bilmədiyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi