Arxiv
12 Aprel 2021, 11:00 | AKTUAL
Aşıq Ələsgərin 200 illiyilə bağlı virtual konfrans keçirilib

Aprelin 11-də Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması zoom proqramı vasitəsi ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş virtual konfrans keçirib.

 

Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, tədbirə Azərbaycandan, Türkiyədən, Almaniyadan və Hollandiyadan ziyalılar, alimlər, Ələsgərsevərlər qoşulmuşlar. Tədbiri Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli idarə edib.

 

Əziz Ələkbərli tədbiri açdıqdan sonra Aşıq Ələsgərin 49 il əvvəl – 1972-ci ildə 150 illik yubileyi münasibətilə ustad sənətkarın doğma yurdunda – Göyçə mahalının Ağkilsə kəndində, Bakı və Moskva şəhərlərində keçirilən tədbirlər barədə videoçarx nümayiş etdirilib.

 

Sonra millət vəkili Azərbaycan aşıq sənətinin tarixi kökləri, Azərbaycan aşıq məktəbləri və aşıq mühitləri, o cümlədən Göyçə aşıq məktəbi və onun mühitləri barədə yığcam məlumat verib. Göyçə aşıq məktəbinin ən görkəmli nümayəndəsi kimi, Aşıq Ələsgərin Azərbaycan aşıq sənətində mövqeyi, Göyçə aşıq məktəbinin Ələsgərəqədərki və Ələsgərdən sonrakı görkəmli nümayəndələri barədə danışıb.

 

Əziz Ələkbərli bildirib ki, Aşıq Ələsgər sənətinə Azərbaycan elmi-ədəbi-ictimai fikri tərəfindən həmişə yüksək qiymət verilib. Lakin bu böyük sənətkara layiq olduğu ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib. Məhz Ulu Öndərin siyasi iradəsi ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi Göyçədə, Bakıda və Moskvada yüksək səviyyədə qeyd olunub. Həmin dövrdə bu, böyük cəsarət tələb edirdi, əslində, bu, Ermənistanda ermənilərin gözünün içinə baxaraq, “bura bizim dədə-baba yurdumuzdur, bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər bizim xalqın nümayəndələridir, siz ermənilər isə bu yerlərə gəlməsiniz” demək idi. 

 

1990-cı illərdə Aşıq Ələsgərin 175 illik yubileyi də Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə dövlət səviyyəsində qeyd olundu.

 

Azərbaycan aşıq sənətinə ən böyük qədirşünaslıq nümunələrindən birini də 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva göstərdi. Onun böyük zəhməti sayəsində həmin il Azərbaycan aşıq sənəti YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. 

 

Daha sonra millət vəkili cənab Prezident İlham Əliyevin də bu il fevralın 18-də  imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama diqqət çəkdi və bunu Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirdi.

 

Daha sonra Dədə Ələsgər ocağının nümayəndəsi, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər, millət vəkilləri Məlahət İbrahimqızı, Naqif Həmzəyev çıxış edərək Göyçə mühitindən, Göyçə ilə bağlı xatirələrindən, Dədə Ələsgər sənətinin böyüklüyündən, Prezident İlham Əliyevin aşığın 200 illik yubileyinin keçirilməsi barədə Sərəncamının əhəmiyyətindən danışdılar.

 

Tədbirdə Almaniyada yaşayan araşdırmaçı-yazar, Asıq Ələsgər yaradıcılığının tədqiqatçısı və naşiri Nizaməddin Onk, Qərbi Azərbaycan İcmasının Türkiyə-İzmir təmsilçisi Murtaza Qaraçanta, Qərbi Azərbaycan İcmasının Türkiyə-Ankara təmsilçisi dosent, doktor Dərya Akdemir, Türkiyənin İzmir şəhərində Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqanı Cemal Məhəmmədhanoğlu çıxış edərək Aşıq Ələsgərlə bağlı öz düşüncələrini bölüşdülər. 

 

Əməkdar jurnalist, Teleradio Şurasının üzvü Telli Pənahqızı Aşıq Ələsgərin təblığı ilə bağlı mülahizə və təkliflərini bildirdi. Azərbaycan Respublikası Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova erməni vandalları tərəfindən Aşıq Ələsgərin qəbirüstü abidəsinin dağıdılması ilə əlaqədar tədbir adından müvafiq etiraz Bəyanatı qəbul edilməsini təklif etdi.

 

Filologiya elmləri doktoru, professor Aslan Bayramov, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, tədqiqatçı-publisist Hacı Loğman, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Aşıq Ələsgər yaradıcılığının bədii-estetik xüsusiyyətləri, fəlsəfi mahiyyəti barədə maraqlı elmi məruzələrlə çıxış etdilər.

 

Beynəlxalq müsabiqələr laureatı, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, peşəkar aşıq-ifaçı Nemət Qasımov Aşıq Ələsgərin yaradıcılığında ustad dərsləri barədə məruzə ilə çıxış etdi və sonda saz ifası ilə tədbirə rəng qatdı.

 

Şairə, “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Mustafayevanın ifasında Aşıq Ələsgər şeirləri və ADMİU-nun tələbəsi Ayşə Səyyad qızının saz ifasında “Sarıtel” havası dinlənildi. 

 

Tədbirin sonunda tədbir iştirakçıları adından Aşıq Ələsgərin qəbirüstü abidəsinin ermənilər tərəfindən dağıdılması ilə bağlı etiraz Bəyanatının qəbul edilməsi qərara alındı. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Emmanuel erməni Emma Makronyanın oğludur… 16 May 2021, 16:08 Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər 16 May 2021, 16:00 Azərbaycanda gənc prokuror vəfat etdi 16 May 2021, 15:54 Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib 16 May 2021, 15:42 SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55