Modern.az

136 milyon dollarlıq qırıcı qəzaya uğradı - VİDEO 

136 milyon dollarlıq qırıcı qəzaya uğradı - VİDEO 

Hadisə

1 Avqust 2026, 20:47

ABŞ-də dəyəri təxminən 136 milyon dollar olan F-35B qırıcısı qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə San Dieqodakı Miramar aviabazasında qəzaya düşüb. Hadisədən sonra bazanın ərazisində yanğın başlayıb.

Pilot katapult etməyə vaxt tapıb. O, xəstəxanaya çatdırılıb və vəziyyəti stabil qiymətləndirilir.

Qəzanın səbəbi hələlik məlum deyil.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada