Modern.az

Lənkəranda piyadanı maşın vurub öldürdü

Lənkəranda piyadanı maşın vurub öldürdü

Aktual

14 Aprel 2021, 23:43

Lənkəranda avtomobilin vurduğu qadın ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Şıxəkəran kəndində baş verib.

 

Kənd sakini, 50-55 yaşlı Əliyeva Zülfiyyə Şəhadət qızı naməlum avtomobil tərəfindən vurulub. Təcili tibbi yardım briqadası Z.Əliyevanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

 

Z.Əliyeva Vətən müharibəsi qazisi Sadiq Natiq oğlu Əliyevin anası idi. Qəza törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb (report).

 

Son məlumata görə, Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub. O, rayonun Xolmili kənd sakini Hacızadə Samir Mübariz oğludur. Artıq sürücünün saxlanıldığı bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır