Arxiv
18 Aprel 2021, 17:15 | DÜNYA
Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı

Ötən gün aprelin 17-də axşam Çexiya 18 Rusiya diplomatını Xarici Kəşfiyyat Xidmətinə və GRU-ya işləməkdə günahlandıraraq ölkədən xaric edib. Onlar 2014-cü ildə Çexiyanın silah anbarlarında partlayışlar təşkil etməkdə ittiham olunurlar. Baş nazir Andrey Babiş bildirib ki, Praqa həmin partlayışlarda “rus izini” aşkar edib. Baş nazir təcili mətbuat konfransında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının həmin partlayışlarda əli olduğunu sübut edən dəlillər əldə ediblər.

 

Modern.az nüfuzlu Qərb medialarına istinadla xəbər verir ki, Çexiyadan xaric olunan rusiyalı diplomatlar əslində kəşfiyyatın əməkdaşları olublar, diplomatik örtük altında işləyiblər. Çexiya polisi isə bildirir ki, keçmiş GRU polkovniki Sergey Skripalı Böyük Britaniyada “noviçok”la zəhərləyən, həmin kəşfiyyat strukturlarının əməkdaşları olan Aleksandr Petrovun və Ruslan Boşirovun silah anbarlarında 2014-cü ildə və 2016-cı ildə törədilmiş partlayışlarda əli var. Onlar ölkəyə saxta Moldova və Tacikistan pasportları ilə daxil olublar.

 

Pasport məlumatları əsasında müəyyən olunub ki, bu şəxslər 201-cü il oktyabrın 13-də Mosvadan “Aeroflot” reysi ilə Praqaya gediblər, oradan Vrbetitse Ostarava adlı yerə gediblər və oteldə qalıblar. Oktyabrın 16-da Avstriyaya gediblər, oradan Rusiyaya qayıdıblar. Lakin polis digər təfərrüatları açıqlamayıb.

 

2014-cü il oktyabrın 16-da Çexiyanın Vrbetitse Zlinski rayonunda sursat anbarlarında seriya partlayışlar baş verib. Nəticədə iki nəfər həlak olub, böyük miqdarsa sursat sıradan çıxıb. 2016-cı ildə daha bir partlayış olub.

 

Moskvada isə Rusiyanın bu partlayışlarda əli olduğunu inkar edir. Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Novikov bildirib ki, Çexiya tərəfinin 18 diplomati ölkədən xaric etməsi ciddi məsələdir, üstəlik buna əsas yoxdur.

 

Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov isə qeyd edib ki, Praqanın bəyanatları absurddur və Rusiyanın cavabı praporsional olacaq.

 

“Təsəvvür edirsiniz hansı absurd ittihamdır, onlar yaxşı ki, 1914-cü ili yada salmayıblar! Aydındır ki, hansısa sayıqlamadır. Rusiyanın işi-gücü yoxdur ki, hansısa anbarları partlatsın? Biz Çexiyanı heç vaxt öz rəqibimiz saymamışıq”,-Cabarov “İnterfaks”a bildirib. Onun fikrincə, Çexiya hökuməti amerikalıların məsələhəti ilə bu ittihamları irəli sürürlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38