Millət vəkili Əli Məsimlinin Şəkiyə səfəri çərçivəsində sentyabrın 9-15 tarixlərində Şəki rayonunun İncə, Zunut, Aşağı Şabalıd, Suçma, Şəki kənd, Böyük Dəhnə, Şorsu kəndlərində seçicilərilə növbəti görüşləri keçirilib. Deputatın köməkçisi Vüsal Baxışov Modern.az-a bildirib ki, bu görüşlər çərçivəsində millət vəkili seçiciləri narahat edən problemlərlə tanış olub, qanunvericiliyin təkmilləşdirilməsi və qanun yaradıcılığı məsələləri, həmçinin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb.
Görüş və qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə yerindəcə həll edilib, rayonda yeni iş yerlərinin yaradılması və məşğulluğun səviyyəsinin artırılması, kəndlərin təbii qaz və içməli su ilə təchizatı, kənddaxili yolların bərpası və yollara asfalt örtüyün çəkilməsi və s. kimi problemlərin hər birinin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağı və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağı, bu problemin həlli üçün bu işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyi və deputat sorğuları göndəriləcəyi seçicilərin nəzərinə çatdırılıb.
Əli Məsimli regionda fəaliyyət göstərən “kanal S” televiziya şirkətində olub, şirkət rəhbərliyi ilə kanalın fəaliyyəti və onun regionun problemlərinin işıqlandırılmasına və əhalinin hüquqi maarifləndirilməsi işinə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb, kanalda yayımlanan bir neçə verilişə müsahibələr verib. Əli Məsimli Şorsu kəndində yeni inşa edilmiş məktəb binasının açılışında iştirak edib, məktəb kolektivini, şagird və valideyinləri yeni tədriis ilinin başlanılması münasibətilə təbrik edib.
Modern.az