Arxiv
21 Aprel 2021, 09:48 | PARLAMENT
“Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda həbsdə olan erməni diversantlarla bağlı məsələ gündəliyə daxil edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov  Modern.az-a bildirib ki, təkcə erməni diversantlarla bağlı məsələni gündəliyə salıblar:


“Orada hansısa qətnamə qəbul olunması sual altındadır. Amma tutaq ki, qətnamə qəbul edildi. Sonra nə olacaq? AŞPA bundan o tərəfə hansısa addım ata bilməz. Ermənilər isə bilirlər ki, məsələnin həlli hara müraciətdən və nədən asılıdır. Bilirlər ki, Ermənistan Azərbaycan ərazisində qalan bütün hərbçiləri çıxarmadığı müddətcə onlar üçün heç bir irəliləyiş olmayacaq. Müharibədən sonra tutulan ermənilər diversantdırlar. Ermənistan müharibədən sonra Azərbaycan ərazilərinə diversant göndəribsə, zəhmət çəksin, əziyyətini çəksin.

AŞPA-da Azərbaycan əleyhinə fikir səsləndirilsə, qətnamə qəbul olunsa, cavabını nümayəndələrimiz verəcəklər. Lazım gələrsə, Milli Məclisdə də məsələni müzakirə edib, cavab göndərilə bilər. Dəfələrlə bizim haqqımızda müzakirələr olub, qətnamələr qəbul edilib. Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik ki?!”


Komitənin digər üzvü Asim Mollazadə deyib ki, Ermənistanı dəstəkləyən lobbi qruplar bu istiqamətdə böyük işlər aparır, müvafiq sənədlər hazır edirlər:


“Ermənistanda seçki kampaniyası keçirilmir, seçki kampaniyası Avropa Şurasında keçirilir.  Üstəlik, çox çirkin və alçaq formada təbliğat aparırlar.  Bununla bərabər, onları  hər zaman dəstəkləyən lobbiçilər fəaliyyətə qoşulurlar.

Azərbaycan nümayəndə heyəti mütəmadi olaraq həqiqətləri çatdıran çıxışlar edir. Bununla yanaşı,  Ermənistanın minaların xəritəsini verməməsi, müharibəni davam etdirməsi barəsində çıxışlar edərək mövqeyimizi ifadə etdik. Müzakirələr hələ də davam edir, bir neçə komitə iclasları olacaq. Bu iclaslar zamanı mən də ermənilərin ənənəvi ideologiyası barədə danışdım. Öz mövqeyimizi tam aşkar şəkildə ifadə etməklə ermənilərin fitnələrinin qarşısını almağa çalışdıq”. 



Aysel Məhərrəmova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15