Arxiv
21 Aprel 2021, 10:26 | AKTUAL
Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI

2021-ci ilin I rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 8,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 552 min ton az olub.

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu dövrdə respublika üzrə neft hasilatının 5,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 959 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 7,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsium, 370 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 320 min ton, yəni 4 faiz azdır.

Cari ilin yanvar-mart aylarında ölkədə 10,4 milyard kub metr qaz hasil edilib. Qazın 3,4 milyard kub metri AÇG-dən, 5,1 milyard kub metri “Şahdəniz” yatağından, 1,9 milyard kub metri isə SOCAR tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 407 milyon kub metr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 5 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 faiz çoxdur. Bu ilin ilk 3 ayı ərzində 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 faiz çox, yəni 3 milyard kub metr, Avropaya təqribən 1,1 milyard kub metr, Gürcüstana isə 784 milyon kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 27 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,4 milyard kub metr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2021-ci il tarixinədək təqribən 561 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 530 milyon ton xam neft, “Şahdəniz”dən isə 31 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 aprel tarixinədək təqribən 560,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Yataqlar istismara veriləndən cari ilin 1 aprel tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 180 milyard kub metr, “Şahdəniz”dən isə 140 milyard kub metr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 95 milyard kub metri ixraca nəql edilib.

Ölkədə neft emalı 2021-ci ilin yanvar-mart aylarında 1,4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton az olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07