Modern.az

Millət vəkilinin müraciətləri nəticəsiz qalmayıb

Millət vəkilinin müraciətləri nəticəsiz qalmayıb

17 Sentyabr 2012, 11:17

Yeni   dərs   ilinin   başlanması   ilə əlaqədar  Quba   rayonunda   keçirilən   tədbirlərdə   millət   vəkili   Vahid   Əhmədov   da yaxından   iştirak   edib. Deputatın qərargahından Modern.az-a bildirilib ki,  uzun   illər   idi   ki, Talabıqışlaq, Möhüc, Talabı və İspik   kəndlərinin   köhnə   məktəb   binaları   yararsız   vəziyyətdə   idi.
”Seçicilərin   bu   problemlərin   həlli   üçün   deputata   bir   neçə   müraciətləri   olmuşdu. Vahid Əhmədov   yeni   məktəb   binasının   tikintisi   üçün   hökümətə   və   Təhsil   Nazirliyinə   müraciətlər etmişdi. Nəhayət   yeni   dərs   ili   ərəfəsində  hər  üç  kənddə müasir   standartlara   cavab   verən   yeni   inşa   olunmuş   məktəb   binalarının   açılışı   baş tutdu. Millət   vəkili   Talabıqışlaqdakı tədbirdə   çıxış   edərək   tədbir   iştirakçılarını   bu   münasibətlə   təbrik   etdi, aidiyyatı   qurumlara   öz   təşəkkürünü   bildirdi”.
Qeyd   olunur ki, 2005-2012-ci   illərdə Quba   rayonunda   60   yeni   məktəb   binası   tikilb   istifadəyə   verilib. Bunun   nəticəsi   kimi   bu   il   ali   məktəblərə   ərizə   vermiş   519   qubalı   məzunun   285-i   tələbə   adını   qazanıb. Günün   ikinci   yarısında   Quba   şəhər 2   nömrəli   orta   məktəb   binasının   əsaslı   təmirdən   sonrakı   açılışı   olub. Qubanın   balaca   sakinləri də diqqətdən   kənarda   qalmayıb. Quba   şəhərinin   mərkəzində   yenicə   inşa   olunmuş   uşaq   bağçasının   açılışı da   yeni   dərs   ilnin   başlanması   ərəfəsinə   təsadüf   edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?