Modern.az

Bu il təxminən 2 milyon zəvvar Həcc ziyarətinə gedəcək

Bu il təxminən 2 milyon zəvvar Həcc ziyarətinə gedəcək

17 Sentyabr 2012, 11:46

Səudiyyə Ərəbistanın həcc naziri doktor Bəndər bin Məhəmməd bu il Həcc ziyarəti üçün 1,8 milyon müsəlmanın Məkkəyə gələcəyini bildirib. Modern.az xəbər verir ki, həcc nazirinin sözlərinə görə, 2012-ci ildə 5,5 milyon insan ümrə ziyarəti (kiçik Həcc) üçün müqəddəs torpağa gəlsə də, onların 10 min nəfəri Həcc vaxtını gözləməyib.

Həcc ziyarətindən sonra Məscidül-Həramın Kəbənin yenidən təmir ediləcəyini və genişləndiriləcəyini deyən həcc naziri doktor Bəndər bin Məhəmməd bildirib ki, bu təmir-bərpa işləri ümrə ziyarətini təxirə salmayacaq.

Qeyd edək ki, bu il Azərbaycancandan 2 000-dən çox zəvvar Həcc ziyarətinə gedəcək.

Xatırladaq ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Zəvvarlar müqəddəs ziyarətgaha yalnız təyyarə ilə aparılacaqlar. Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat və 3850 manat. 3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.

Zəvvarlarımız oktyabrın 14-dən başlayaraq gündə 2 təyyarə ilə yola düşəcəklər.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı