Modern.az

Əli Kərimli Türkiyəyə gedə bilmədi

Əli Kərimli Türkiyəyə gedə bilmədi

Təhsil

17 Sentyabr 2012, 12:59

AXCP sədri Əli Kərimli Türkiyədə keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək istəsə də, onun səfərində ciddi problem yaranıb. Bu barədə Modern.az-a AXCP sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, Əli Kərimlinin xarici pasportu olmadığı üçün ölkədən kənara çıxması mümkün deyil. F.Qəhrəmanlının sözlərinə görə, AXCP sədri tez-tez xarici səfərlərə dəvət olunsa da, onun ölkə hüdudlarına buraxılmasına icazə verilmir.

Azərbaycan müxalifətini həmin tədbirdə Müsavat başqanı İsa Qəmbər təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Almaniya, Ermənistan və Gürcüstandan olan ekspertlərin, ictimai-siyasi xadimlərin, media təmsilçilərinin iştirakı  nəzərdə tutulan tədbirdə Cənubi Qafqaz ölkələrinin problemləri və Türkiyə-Cənubi Qafqaz münasibətlərinin perspektivləri müzakirə ediləcək.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?