Arxiv
22 Aprel 2021, 15:55 | MƏDƏNİYYƏT
Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Nazirlikdən açıqlama

Sosial şəbəkələrdə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atların yem çatışmazlığı səbəbindən aclıq çəkdiyini əks etdirən məlumat və görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, məlumatlarda Mədəniyyət Nazirliyinin balansında olan mərkəzdə saxlanan cins atlara lazımi qədər vəsait ayrılaması səbəbindən yem tədarükünün kifayət etmədiyi iddia olunur. Şəki sakini Taleh Mustafayevin yazdığına görə, əgər heyvanlar yemlə təmin olunmasalar, tezliklə mərkəzdə bəslənən cins atların nəsli kəsilə bilər:

 

“Son dövrdə Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişiləndən sonra mərkəzdəki cins atların vəziyyəti çox pisdir. Yem tədarükü vəsaitin az olması səbəbindən tam şəkildə görülmür. Bu da ona gətirib çıxarıb ki, hazırda atlar aclıqdan tələf olur. Nazirlik rəsmilərinin laqeydliyi ucbatından cins atlar itib-batır. Qısa bir zamanda tədbirlər görülməsə, mərkəzdə olan atlar tamamilə məhv olacaqlar”. 

 

Problemlə bağlı Mədəniyyət Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəssisə təsərrüfat hesablı olduğundan cari il üçün nazirlik tərəfindən ora vəsait ayrılmayıb:

 

“Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi (Şəki şəhəri) təsərrüfat hesablı müəssisədir və 2021-ci il üçün mərkəzin saxlanmasına dair maliyyə vəsaitinin ayrılması Mədəniyyət Nazirliyinin büdcəsində nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edək ki, bununla əlaqədar nazirlikdə müzakirələr aparılır və məsələnin müvafiq həll yolları axtarılır”.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naftalanda şəhidin adına xatirə bulağı açıldı 9 May 2021, 14:45 Bir veteranın ömür kitabı: kənddə yaşayan elmlər namizədi...  9 May 2021, 14:34 3200 igiddən sağ qalan cəmi bir nəfər... 9 May 2021, 14:29 Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi 9 May 2021, 14:20 Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59