Modern.az

Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA

Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA

23 Aprel 2021, 18:21

Quran bu ayıda nazil olduğu üçün Ramazan ayında oxunması ibadətlərdən biridir. Ramazanda fərqli məscidləri gəzmək və orda namaz qılmaq lazımdır. İslam dininə xidmət etmiş  böyüklərin qəbrini ziyarət etmək, onları yad etmək gərəklidir. Bunlar Ramazan ibadətlərinin bir hissədir. 

Bu sözləri Modern.az-a mövzu ilə bağlı açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli  deyib. 

Həmçinin qeyd edib ki, Ramazanda edilən ən böyük ibadət oruc tutmaqdır:

“Bununla insan 11 ay ərzində nəfsinə hakim olmağı öyrənir. Bütün bunların yanında iftar süfrələrində qonaq qarşılamağı unutmamaq lazımdır. Peyğəmbərimiz buyurub ki, kim bir oruc tutana iftar versə, bir qul azad etmiş olar. Bu, Ramazanın ən sevilən ibadətlərindən biridir.  Təbii ki, bunlar tarixi olaraq bizə gəlib çatan adətlərdir. Ancaq içində olduğumuz pandemiya zamanında bu adətləri eyni şəkildə davam etdirə bilmirik. Məsələn, bayram namazını bu il hər kəs evində qılacaq. Eyni ilə keçən il olduğu kimi. İftar dəvətlərini, yaxınların qəbirlərini ziyarət etməyi də çox məhdut şəkildə yerinə yetirmək lazımdır”.


Ancaq mövcud şəraitlə əlaqədar evdə də Ramazan ibadətlərini yerinə yetirmək olar:

“Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, bu ayda kim bir Quran ayəsi oxusa, digər aylarda başdan-ayağa oxunan Qurana bərabərdir. Bundan başqa, vacib deyil ki, dualar ərəb dilində oxunsun. İnsan öz anladığı dildə Allahı ilə ünsiyyət qurmalı, öz niyyətini, arzusunu bildirməlidir.  Ancaq vacib namazlar ərəb dilində qılınmalıdır. Qədr gecələri edilən ibadətlər də Ramazanda önəmlidir.  Qarşıdan Qədr gecələri gəlir, səhərə qədər oyaq qalıb, dualar etmək, hədiyyə namazlar qılmaq olar. İftar zamanı duaların qəbul olunduğu zamandır. İnsanlar özləri də dua kitablarına müraciət edə bilər.
Başqa bir Ramazan ibadəti isə ayın sonunda zəkat verilməsidir. Zəkat heç kimi olmayan, ehtiyacı olan insanlara verilməlidir. Unutmaq olmaz ki, təkcə bu ayda deyil, hər zaman yardıma ehtiyacı olanlara kömək etmək lazımdır. Bu Allah qarşısında edilmiş ən böyük ibadətdir”.

Aysel Məhərrəmova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir