19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
24 Aprel 2021, 14:42 | DİASPOR
Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən "Natavan Qrup" təşkilatı və bu ölkədə yaşayan azərbaycanlı icmasının bəzi üzvləri Ermənistan hökumətinin Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrini verməkdən imtina etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Nərminə Məmmədova, Səbinə Quliyeva və fəal diaspor üzvlərinin adından Avropa Birliyinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT, "Amnesty İnternational" və "Human Rights Watch"un Birləşmiş Krallıqdakı nümayəndəliklərinə, "HALO trust" təşkilatına, UNICEF-in "Innocenti" tədqiqat idarəsinə və Böyük Britaniya Parlamentinin üzvlərinə ünvanlanan müraciətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılığı, rəsmi Bakının təkbaşına Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə nail olduğu barədə ətraflı məlumat verilib.

 

Müraciət müəllifləri təəssüflə qeyd ediblər ki, doğma yurd-yuvalarından 30 ilə yaxın didərgin düşən həmyerlilərimiz hələ də evlərinə qayıtmaq arzularını gerçəkləşdirə bilmirlər, çünki Ermənistan silahlı qüvvələrinin işğaldan azad olmuş ərazilərdə saysız-hesabsız minalar yerləşdirməsi buna böyük əngəl yaradır. II Qarabağ müharibəsindən sonra xarici jurnalistlərin və siyasətçilərin Azərbaycanın işğaldan azad olmuş ərazilərinə səfər etdikləri, törədilmiş dağıntıların səviyyəsinə görə Ağdamı "Qafqazın Xirosiması" adlandırdıqları, piyadalar əleyhinə minalardan silah qismində istifadənin insanlığa qarşı cinayət olduğu vurğulanıb.

 

Soydaşlarımız beynəlxalq təşkilatları minaların xəritələrinin Azərbaycana təhvil verilməsi məqsədilə Ermənistan hökumətinə təsir göstərməyə, işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, etnik azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının təmin olunması məsələlərində rəsmi Bakını dəstəkləməyə çağırıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xoşqədəmə ARB-də vəzifə verildi 19 Oktyabr 2021, 16:42 Çindən ABŞ-a İTTİHAM: “Buna son verilməlidi” 19 Oktyabr 2021, 16:41 “Fransa sol qulağını sağ ayağı ilə qaşıyır” - ŞƏRH 19 Oktyabr 2021, 16:20 Yaponiyadakı Azərbaycan diasporundan bəyanat 19 Oktyabr 2021, 16:15 Britaniya Parlamentindən Azərbaycana TƏBRİK 19 Oktyabr 2021, 16:10 Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazirdən əmək pensiyaların yenidən hesablanması ilə bağlı QƏRAR 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu”dan yeni layihə - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50