Modern.az

Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA

Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA

Aktual

6 May 2021, 15:00

Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan Latviyaya qarşı sərt reaksiya verib.

 

Modern.az xəbər verir ki, Türkiyə XİN tərəfindən yayımlanan bəyanatda qərar şiddətlə qınanılıb və tarixin saxtalaşdırılması cəhdi kimi qiymətləndirilib.

 

“Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq. Parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil. 

 

1915-ci il hadisələri ilə əlaqədar olaraq, beynəlxalq hüquqa görə müəyyən edilmiş soyqırımı ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyildir. Bu cəhd həm də 1948-ci ildə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəza Konvensiyasının, habelə 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Hüquqları Məhkəməsinin 2013 və 2015-ci il qərarlarına ziddir.

 

Latviya parlamentini bu səhv addımdan geri dönməyə və tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc birgəyaşam praktikasını qurma səylərini dəstəkləməyə dəvət edirik”,- deyə bəyanatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir