Modern.az

Prokurorluq Astarada qadını öldürən şəxslı bağlı məlumat YAYDI

Prokurorluq Astarada qadını öldürən şəxslı bağlı məlumat YAYDI

Aktual

7 May 2021, 16:08

1 oktyabr 2020-ci ildə Astara rayon sakini Aslanova Rəhimə Ağacan qızının yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

Astara rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla rayon sakini Rüstəm Heydərov qeyd edilən tarixdə quldurluq niyyəti ilə Rəhimə Aslanovanın yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşya ilə xüsusi amansızlıqla sonuncunu qəsdən öldürməsi müəyyən edilib:

 

“Rüstəm Heydərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır