Modern.az

Qənirə Paşayeva Nigar Yaqublunun həbsinə münasibət bildirdi

Qənirə Paşayeva Nigar Yaqublunun həbsinə münasibət bildirdi

22 Sentyabr 2012, 13:03

Millət vəkili Qənirə Paşayeva Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun həbsinə münasibət bildirib. Modern.az deputatın olaya münasibətini təqdim edir.

“İnsanların, xüsusilə də qadınların, gənc qızların həbsxanalarda olmasını istəmirəm, onları həbsxanalarda görmək istəmirəm. Nigar da gənc bir xanımdır. Üstəlik o da istəməzdi ki, belə bir hadisə olsun. Yəni bu hadisəni qəsdlə törətməyib. Bildiyim qədər ölən insanın ailəsi də şikayətçi deyil. Kaş ki daha yüngül formada bir qərar verilsəydi. Belə bir hadisə mənim də ailəmin başına gəlmişdi. Əmim qızının qızını bir nəfər maşınla vurmuşdu. Yerindəcə keçinmişdi. Əmim şikayətçi olmadı və arqumenti də düşündürücü idi. Bütün ağrılarına, acılarına rəğmən cəza çəkəcək gənci də düşünürdü. Həbsxanada uzun zaman keçirməsini istəmirdi o gəncin və deyirdi ki, ən azı onun həyatı məhv olmasın. Parlamentdə çıxışlarımda da, xüsusilə əfv məsələlərinin müzakirəsi zamanı hər zaman bağışlamanın tərəfdarı olmuşam. Nigar məsələsinə təkrar gəlincə, təbii ki, hər kəs qanun qarşısında cavab verməlidir. Amma kaş ki daha yüngül formada bir qərar verilsəydi.. Ümid edirəm ki, yaxın zamanlar da bu məsələyə özünün müsbət həllini tapacaq”.

Aytən ƏLİYEVA  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?