Modern.az

Hikmət Çətin Modern.az-a danışdı: “Viza tamamilə aradan qalxacaq”

Hikmət Çətin Modern.az-a danışdı: “Viza tamamilə aradan qalxacaq”

Təhsil

22 Sentyabr 2012, 13:34

"Mən inanıram ki, iki qardaş dövlətin arasında viza tamamilə aradan qalxacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iki ölkə arasında münasibətləri şərh edərkən bildirib. H.Çətin qeyd edib ki, Baş nazir Ərdoğanın Azərbaycana son  səfərindən sonra bu məslənin həllinə ümidlər artıb.

Azərbaycanla Türkiyə arasındakı münasibətləri dəyərləndirən Hikmət Çətin bildirib ki, tarixi köklərə baglı ilişkilər son illər daha da güclənib:
“Azərbaycan Türkiyə arasında münasibətlərə ən gözəl dəyəri rəhmətlik Heydər Əliyev "Bir millət iki dövlət” deyə vermişdi. Mən Azərbaycanın bugünkü uğurlarına da sevinirəm. Son illər Azərbaycan xarici siyasətində bir çox uğurlara imza atıb. BMT Təhlükəzsizlik Şurasının qeyri-daimi üzvü olmaq ciddi uğurdur”-deyə eks-nazir vurğulayıb.
 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü