Modern.az

Avropa İttifaqı liderləri Rusiyanı müzakirə etdi

Avropa İttifaqı liderləri Rusiyanı müzakirə etdi

Aktual

8 May 2021, 23:34

Avropa İttifaqı ölkələrinin liderləri Portuqaliyanın Portu şəhərində keçirilən qeyri-rəsmi sammitdə Rusiya mövzusunu qısa şəkildə müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” Aİ-dəki mənbəsinə istinadən bildirib.

 

Agentliyin həmsöhbəti bunları deyib:

 

“Bəli. Çexiyadakı insident əvvəlcə Çexiya Baş naziri Andrey Babişlə müzakirə edilib, o, nə baş verdiyini izah edib, sonra isə mayın 25-də keçiriləcək strateji diskussiya nəzərə alınaraq, qısa debatlar olub”.

 

“RİA Novosti”nin digər mənbəsi Rusiya ilə bağlı müzakirələrin olduğunu təsdiqləyib, lakin ətraflı məlumat verməyib.

 

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələrinin mayın 25-də keçiriləcək sammitdə Rusiyanı müzakirə etmək planını açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?