Modern.az

Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi

Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi

Aktual

9 May 2021, 10:19

Şotlandiyada Böyük Britaniyadan ayrılmağı dəstəkləyən partiyalar parlament seçkilərində qalib gəlib.

 

Modern.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, dünən axşam səslərin sayılması başa çatıb, hakim Şotlandiya Milli Partiyası və Yaşıllar Partiyası müvafiq olaraq 64 və 8 mandat qazanıblar.

 

Beləliklə, bu iki partiya parlamentdəki 129 yerdən 72-ni qazanıb.

 

Şotlandiya Milli Partiyasının lideri və Şotlandiya Baş naziri Nikol Stercen artıq bəyan edib ki, parlamentdə çoxluq qazanan partiyalar seçkiöncəsi vədlərini yerinə yetirməli və müstəqilliklə bağlı yeni referendum elan etməlidirlər.

 

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada keçirilən referendumda əhalinin 55 faizi Şotlandiyanın Böyük Britaniyadan ayrılmasının əleyhinə səs verib, 45 faiz isə müstəqilliyi dəstəkləyib.

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!