Modern.az

İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

12 May 2021, 07:54

İranda gələn ay keçiriləcək prezident seçkisinə qatılacaq namizədlərin qeydiyyatı başlayıb.

Modern.az xəbər verir ki, mayın 11-də başlanmış qeydiyyat prosesi 5 gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq.

Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçkinin iyunun 18-də keçirilməsi planlaşdırılıb.

Hazırkı prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan təkrar namizədliyini verə bilməz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir