Modern.az

Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR...

Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR...

12 May 2021, 08:33

Bir neçə gün öncə vəfat edən Xalq artisti Arif Quliyevin “Qurd qapısı” adı ilə tanınmış Yasamal məzarlığında dəfn olunması sənətkara pərəstiş edənlər tərəfindən birmənalı qarşılanmadı. Bəziləri Arif Quliyevin heç olmasa II Fəxri xiyabanda dəfn olumasını gözləyirdi. Amma mərhum Xalq artistini “Qurd qapısı”na əmanət etdilər. Sosial şəbəkələrdə mərhum aktyora diqqətsizlikdə suçlanan Mədəniyyət Nazirliyi qınanıldı... 


Modern.az
-ın məlumatına görə, “Qurd qapısı” Bakıda sahəsinə görə ən böyük qəbiristanlıqdır.

Bu qəbiristanlıq üç əsas hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.

Yasamal qəbiristanlığı həm də Bakıdakı ən köhnə məzarlıqdır. Belə ki, onu 1940-cı ildə salıblar.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən deyiblər ki, oradakı qəbirlərin sayı məlum deyil.


Bilməyənlər üçün deyək ki, Xalq artisti Arif Quliyev “Qurd qapısı”nda dəfn olunan ilk məşhur adam deyil... Yəqin heç sonuncu da olmayacaq.

Bu qəbiristanlıq bir çox tanınmış simanın son mənzil yeridir. Heç uzağa getməyək, aprelin 16-da vəfat etmiş Xalq artisti, kinorejissor Eldar Quliyev özünün vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edildi.

Daha əvvəllər isə xeyli məşhur adam “Qurd qapısı”na əmanət olunub. Bu sırada "Artilleriyanın Allahı" ləqəbli general-leytenant Əliağa Şıxlinski (1863–1943), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi, general-polkovnik Mir Cəfər Bağırov (1896–1956), məşhur bəstəkar, cazmen Vaqif Mustafazadə (1940–1979), məşhur aktyor Əliağa Ağayev (1913–1983), mərhum xanəndə Rübabə Muradova (1933–1983) kimi görkəmli simaların adını çəkmək olar.

“Qurd qapısı” qəbiristanlığında torpağa qarışan digər tanınmış mərhumlar:

Bəhram Mansurov (1911–1985), tarzən;

Səməndər Rzayev (1945–1986), aktyor;

Ceyhun Mirzəyev (1946–1993), aktyor, rejissor;

Hamlet Qurbanov (1938–1995), aktyor;

Eldəniz Zeynalov (1937–2001), aktyor;

Oqtay Ağayev (1934–2006), müğənni;

Gülşən Qurbanova (1950–2006), aktrisa;

Həkim Qəni (1918–2008), şair;

Vəfa Quluzadə (1940–2015), diplomat, ictimai-siyasi xadim;

Fuad Poladov (1948–2018), aktyor;

Səfurə İbrahimova (1938–2020), aktrisa…


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir