Modern.az

“Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı

“Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı

Aktual

15 May 2021, 00:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşlərin hamısı mayın 19-da keçiriləcək. "Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da olacaq və saat 20:30-da başlanacaq.

 

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək.

 

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena” (canlı/Pfl.az)

18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena” (canlı/”CBC/Sport”)

18:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena” (canlı/Pfl.az)

20:30. “Neftçi” – “Qarabağ”
“Dalğa Arena” (canlı/”CBC/Sport”).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?