Modern.az

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

Dünya

15 May 2021, 15:08

Ermənistanda "Metsamor" AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.

 

O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb.

 

AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" bölməsi həyata keçirəcək. (Axar.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü