Arxiv
16 May 2021, 15:00 | AKTUAL
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.



Dövlət Turizm Agentliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu bildirib.

 

Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.



Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.



Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.



Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.



Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.



Qeyd edək ki, 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

 

Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34 Nazarbayev Sarkisyanı təbrik etdi, Paşinyanı isə yox... 23 İyun 2021, 17:28 Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et 23 İyun 2021, 17:22 Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO 23 İyun 2021, 17:16
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?