Modern.az

Ter-Petrosyan Koçaryanı “vurdu”: “Paşinyandan qisas almağa çalışır!”

Ter-Petrosyan Koçaryanı “vurdu”: “Paşinyandan qisas almağa çalışır!”

Dünya

16 May 2021, 17:56

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarkisyanla apardığı danışığın təfərrüatları barədə yenidən danışıb.


Modern.az-ın məlumatına görə, Ter-Petrosyan bildirib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın erkən parlament seçkilərində birgə iştirakdan imtina etməsi dövlətin maraqlarını deyil, baş nazir Nikol Paşinyandan intiqam almağı üstün tutması deməkdir.

Ter-Petrosyan bunu Erməni Milli Konqresinin qurultayında çıxış edərkən söyləyib.


O qeyd edib ki, qarşıdakı seçkilərdə (20 iyun) birgə iştirakla bağlı iki keçmiş prezidentə edilən müraciətdə bir şərt var idi: keçmiş liderlərdən heç kim baş nazir vəzifəsinə namizəd göstərilməsin.


“Bu, bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən isə Robert Koçaryanın hakimiyyətə qayıdışını əngəlləyəkdi. Belə olan halda, baş nazir postunu ciddi təcrübəsi və idarəçilik vərdişləri olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutmalıydı”, - deyə Ter-Petrosyan vurğulayıb.

L.Ter-Petrosyanın sözlərinə görə, R.Koçaryanın təklifi rədd etməsi onun Nikol Paşinyandan intiqam almaq istəməsindən xəbər verir.

Serj Sarkisyana gəldikdə, Ter-Petrosyan “o, hakimiyyətə qayıtmaq istəmir, amma partiyasının nümayəndələrinin parlamentə düşməsinə çalışır” deyib.
 

Qeyd edək ki, Levon Ter-Petrosyan ikinci və üçüncü prezidentlər Robert Koçaryan və Serj Sarkisyana müraciət edərək, onlara erkən seçkilərdə birgə iştirak təklif etmişdi. Lakin tərəflər ortaq məxrəcə gələ bilməmişdilər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?