Arxiv
21 May 2021, 10:14 | ALLAH RƏHMƏT ELƏSİN
Məşhur rəssam Tahir Salahov vəfat etdi

SSRİ Xalq rəssamı, görkəmli azərbaycanlı Tahir Salahov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun qızı TASS informasiya agentliyinə bildirib. T. Salahov Almaniyada dünyasını dəyişib.

Tahir Salahov 1928–ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

1950-ci ildə Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini bitirib.

1951-57-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1957-ci ildə institutu rəssam-nəqqaş peşəsi üzrə bitirib.

Tahir Salahovun özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub.

1964-ci ildə o, artıq Kommunist Partiyasının üzvü idi. Tahir Salahov 1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb.

Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib. Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı olub.
1973–cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.

Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutunda, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitse–prezidenti seçilib. Elə buna görə də, çox zaman onu "İncəsənətin səlahiyyətli səfiri" də adlandırırlar.

Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahov Moskvada yaşayırdı.

"Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" əsərləri, Heydər Əliyevin, Mstislav Rostropoviçin, Dmitri Şostakoviçin, Rəsul Rzanın, Fikrət Əmirovun portretləri, "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Tahir Salahovu məşhurlaşdırıb…


Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim edib.

Qeyd edək ki, Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova 2020-ci il noyabrın 29-da Bakıda vəfat etmişdi. Bu evlilikdən cütlüyün İvan adlı bir oğlu var. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı 24 İyun 2021, 22:05 Göygöldə gənc qız sirkə turşusundan zəhərləndi 24 İyun 2021, 21:52 Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20 Dolların məzənnəsi sabit qaldı 24 İyun 2021, 17:14 “Cəsur döyüşçü” medalı alanların SİYAHISI 24 İyun 2021, 17:02 “İgidliyə görə” medalı ilə təltif edilən hərbçilərin ADLARI 24 İyun 2021, 16:56
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?