Modern.az

İlham Rəhimovun işçisi Modern.az-a məktub yazdı

İlham Rəhimovun işçisi Modern.az-a məktub yazdı

26 Sentyabr 2012, 15:57

Etimad “yala gedənlər” deyəndə məni nəzərdə tutub


Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun İlham Rəhimov barədə Modern.az saytında dərc olunan müsahibəsindən sonra sabiq “Ədalət”çi, hazırda İlham Rəhimovun yanında çalışan Azad Məsiyev redaksiyamıza telefon açıb.

O, Etmad İsmayılovun müsahibəsində adının keçdiyini qeyd edərək partiya sədrinin oğluna cavab yazdığını söyləyib. Müsahibədə İlham Rəhimovdan başqa heç kimin adınının çəkilmədiyini bildirəndə A.Məsiyev “Etmad yala gedənlər deyəndə, məni nəzərdə tutub”-deyə bildirib.

Modern.az Azad Məsiyevin məktubunu etika qaydalarına uyğun olmayan ifadələri ixtisar etməklə dərc edir.

- Hörmətli redaksiya!

Məni bu yazını yazmağa vadar edən sentyabrın 24-də Modern.az saytında deputat İlyas İsmayılovun oğlu Etimadın professor İlham Rəhimov barəsindəki açıqlaması oldu. Sonradan bu yazını digər saytlarda öz səhifələrində yerləşdiriblər.
Qeyd etmək istəyirəm ki, mən 1998-2008-ci ilə kimi Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovla bir yerdə fəaliyyət göstərmişəm. Ağır günlərində, təzyiq və təqiblərə məruz qalan vaxtlarında ona həmişə sədaqətlə, təmənnasız xidmət etmişəm. İ.İsmayılovla birlikdə fəaliyyət göstərdiyim 10 il ərzində ailəm maddi cəhətdən sıxıntı içində olsa da, bir dəfə olsun belə İ.İsmayılova bu barədə bildirməmişəm və heç nə ummamışam. Ədalət Partiyasında məni tanıyanlar və Etimadın özü də bunları yaxşı bilirdi.
Nəhayət, İlyas İsmayılov deputat seçiləndən sonra ondan xahiş etdim ki, mən maddi cəhətdən sıxıntı içindəyəm, kömək eləyin, bir işə girim. O isə soyuqqanlılıqla cavab verdi ki, mən heç kimə ağız açmayacağam. Belə olduqda ondan xahiş etdim ki, axı siz deputatsız, bəlkə Fövqaladə Hallar naziri cənab Kəmaləddin Heydəroun qəbuluna düşmək üçün mənə köməklik edəsiniz. Buna da etiraz etdi, dedi ki, K. Heydərova ağız açsam, hörmətdən düşərəm. İ.İsmayılovdan bu cavabı aldıqdan sonra özümə iş axtarmağa başladım və professor İlham Rəhimova müraciət etdim. Professor mənə bildirdi ki, səni işə götürə bilərəm, ancaq İlyas İsmayılovla razılaş. Mən elə də etdim və İ.İsmayılova bildirdim ki, İlham müəllim məni işə götürmək istəyir, siz narazı deyilsiz ki? O dərhal razılığını bildirdi və biz həmin gündən sağollaşdıq. Yuxarıda sadaladıqlarım barəsində Ədalət Partiyasının funksionerləri Mütəllim bəy, Elxan bəy və İlyas İsmayılovun dostları da bilirdi.
Mən İ.İsmayılovdan ayrılandan sonra, yəni 2008-ci ildən professor İlham Rəhimovla birlikdə çalışıram. Allah İlham müəllimin ölənlərinə rəhmət eləsin, ona uzun ömür və cansağlığı versin ağır günlərimdə mənə yardımçı oldu. Ədalət Partiyasından professor İlham Rəhimovla çalışan təkcə mənəm. Ədalət Partiysından gedən gündən o partiya ilə heç bir əlaqəm yoxdur.
Mən Etimaddan fərqli olaraq ailəmə, uşağıma halal zəhmətlə çörək qazanıram və bunda heç bir qəbahət görmürəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi