Modern.az

Ramiz Əzizbəyli COVİD-19-a YOLUXDU

Ramiz Əzizbəyli COVİD-19-a YOLUXDU

27 May 2021, 11:48

Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xəbər verir ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

 

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli “Report”a açıqlamasında bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

 

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir