Modern.az

Zəngəzur dəhlizi reallaşır - Rusiyalı sərhədçilər Mehri və Qafanda YERLƏŞDİRİLƏCƏK

Zəngəzur dəhlizi reallaşır - Rusiyalı sərhədçilər Mehri və Qafanda YERLƏŞDİRİLƏCƏK

27 May 2021, 14:43

Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanda yeni məntəqələr yaradacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün hökumətin iclası zamanı Rusiya tərəfinə Mehri, Qafan və Gorus rayonunun Tex kəndində topraq sahələrinin verilməsi barədə qərar qəbul olunub.

Həmin ərazilərdə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yerləşdirilməsi planlaşdırılır.

 

Sərhədçilərin Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil və dəmir yolu xəttinin Zəngəzurdan keçən hissəsində təhlükəsizliyi təmin edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir