Modern.az

İlham Əliyev və Mehriban Əliyeva jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdi - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdi - VİDEO

5 İyun 2021, 12:46

"Ermənilər tərəfindən qoyulmuş minanın qurbanı olmuş şəxslərin xalqımız üçün böyük dəyəri var".

Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovla (Əlioğlu) vida mərasimində bildirib.

 

H.Hacıyev qeyd edib ki, onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər:

"Addım-addım şəhər və kəndlərimizi gəzərək arxiv üçün materiallar toplayırdılar. Bu işlərin dəyəri bu gün üçün də, yüz illər sonra üçün də vacibdir. Onlar Azərbaycan xalqının salnaməsini yaradırdılar. Azərtac tərəfindən, Azərbaycan Televiziyası tərəfindən onlara ezmiyyətlərin dəyişdirilməsi təklif olunduğu halda, onlar bununla razılaşmayıblar. Bu işi elə böyük həvəslə yerinə yetiriblər ki, bu işin dəyəri heç nə ilə ölçülməz. Təəssüf ki, mənfur ermənilər tərədindən qoyulmuş minanın qurbanı oldular. Allah onlara rəhmət eləsin".

 

Prezident köməkçisi deyib ki, bu, Azərbaycan jurnalistikası, mediası üçün böyük itkidir:

"Müharibə dövründə Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan əsgərlərilə çiyin-çiyinə olan jurnalistlərimizin rəşadətini də gördük. Onlar ön cəbhədə idilər, ermənilərin vəhşiliyini dünya ictimaiyyətinə çatdırırdılar. Biz beynəlxalq təşkilatlara müraciət edərək, bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən qınanılsın. Bir daha cənab Prezident İlham Əliyevin başsağlığını çatdırmaq istərdim. Allah rəhmət eləsin!"

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı