Modern.az

Azərbaycan bölgələrinin foto arxivi yaradıldı

Azərbaycan bölgələrinin foto arxivi yaradıldı

1 Oktyabr 2012, 17:22

www.azerbaijanphoto.com ünvanlı saytda ölkəmizin on minlərlə fotosu cəmləşib

azerbaijans.com saytının kollektivi tərəfindən hazırlanan sayt  bu gün istifadəyə verilib. Saytda Azərbaycanın işğal olunmuş ərazilərindən başqa bütün bölgələrindən fotolara rast gəlmək mümkündür. Foto bazada kənd, şəhər və qəsəbələri əks etdirən on minlərlə foto yerləşdirilib. Təqdim olunan bütün şəkillər layihə çərçivəsində  peşəkar fotoqraflar tərəfindən çəkilib. Saytın istifadəçiləri bölgələr üzrə axtarış apararaq  istədiyi fotonu izləmək imkanına malik olacaqlar.

Bir çox tarixi yerlərin foto görüntülərində rus, ingilis, türk, alman, ispan, fransiz dilində açıqlamalar verilib ki,  bu da əcnəbi istifadəçilərin ölkəmizi yaxından tanımasında bələdçi rolunu oynayacaq.

Saytda layihənin həyata keçirildiyi müddətdə rast gəlinən və maraqlı faktları özündə əks etdirən video görüntülərdən ibraət bölmə də mövcuddur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi