Arxiv
8 İyun 2021, 16:43 | ƏDƏBİYYAT
Nigar Köçərli “kitab oğruları”nı müdafiə edən deputata sərt CAVAB VERDİ

“İndiyədək heç birimizə tanış olmayan, təyinatlı deputat Kamal Cəfərov nəhayət özünü ictimaiyyətə tanıtmaq üçün bir vasitə tapdı”.


Modern.az
-ın məlumatına görə, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deputat Kamal Cəfərlinin “kitab oğruları”nı müdafiə edərkən onun ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.


“Deyir ki, oğurluq ictimai xətadır, cinayət əməli deyil. İnzibati qaydada çıxarılan tənbeh növü deyil? Kim deyir, o cəzanı biz çıxarmışıq? Kim deyir, o şəkilləri biz çəkib yaymışıq? Bu çox gülünc və yersiz ittihamlardır.

Təəssüf edirəm ki, OĞRUYA DOĞRU DEYƏN deputat var. Özlərinin səs verdiyi qanunlara hörmətsizliyi təbliğ edir”, - Nigar Köçərli deyib.

N.Köçərli əlavə edib ki, bu sözləri bir hüquqşünasın, həmçinin deputatın deməsi birincisi, həddən artıq savadsızlıqdır:


"İkincisi, belə düşünmək, bu azmış kimi, Milli Məclisin iclasında korrupsiya, insanların ağır sosial vəziyyətini gündəmə gətirmək əvəzinə oğurluq əməllərinə haqq qazandırmaq ayıbdır və Parlamentin adına böyük ləkədir. Üstəlik, bu şəxs Milli Məclisin Hüquq Siyasəti və Korrupsiyaya ilə mübarizə Komitəsinin üzvüdür”.


Nigar Köçərli daha sonra məlum hadisə barədə izahat verib:

“Bir həftə əvvəl Fəvvarələr meydanındakı mağazamızda oğurluq baş verib. Hələ oğurlanan malların maddi dəyəri bəlli olmadan, mağazanın qarşısında satıcımız kitab oğurlayanları saxladıqda onlar kobudluq göstərib, işçimizi itələyib, götürdükləri kitabların bir neçəsini atıb aradan çıxıblar. Onların kobudluğu və qaçması səbəbindən satıcılarımız polisə müraciət ediblər və polis əməkdaşları (çox təşəkkür edirəm) bu məsələni dərhal nəzarətə götürüblər. Aparılmış əməliyyat-axtarış nəticəsində polislər bu insanları saxlayıb məhkəməyə təqdim ediblər. Ötən həftənin 5-ci günü məhkəmə olub, hakim onları yerində azadlığa buraxıb və bununla da məsələ bizim tərəfimizdən qapanıb.


Dünən polis bu haqda öz qaydalarına əsasən mətbuatda məlumat yayıb. Polisin mətbuatla əlaqəsi və hansı xəbəri hansı formada təqdim etməsi tamamilə öz ixtiyarındadır və deyim ki, inanmıram, bu xəbərdə bu iki nəfəri hədəf alan qərəz, yaxud kin var. DİN saytında hər gün onlarla bu cür xəbər dərc olunur. Bu xəbər də sıradan, günlük məlumatlardan biri kimi yazılıb.


Sadəcə, bu məsələ xəbər saytlarında və sosial şəbəkələrdə maraq doğurduğu (kitab və oğurluq) üçün belə səs-küyə səbəb olub.


Deyim ki, mənim özümə də xoş olmayan bu vəziyyət haqda mən heç bir müsahibə verməmişəm və belə xəbərlərin tirajlanmasından kənar qalmağı seçmişəm (buna görə mənə dünəndən yazan və zəng edən media nümayəndələrindən üzr istəyirəm).


Bir insan və bir ana olaraq, həmin iki gəncin ailə üzvlərinin vəziyyətini təsəvvür edə bilirəm. İnanın ki, mənim də bü gənclərə görə ürəyim ağrıyır. Amma satıcılarımın da əməllərinə tam dəstək oluram.


Fəaliyyətimiz dövründə biz həmişə kitab təlabatı olan, fərq etməz, bizə müraciət edən, hətta etməyən, hər yerə kitablar hədiyyə göndərmişik. Həbsxanalar, uşaq inkişaf mərkəzləri, Şəhid ailələri, Qazilər, az təminatlı ailələr, tələbələr - bizə müraciət edən heç kəsi kitabsız qoymamışıq, təmənnasız kitablar hədiyyə etmişik. Və bu haqda heç yerdə məlumat verməmişik.


Amma bu məsələdə ortalıqda oğurluq faktı var. Həcmi, maddi dəyəri azdır, çoxdur, cəzası nədir, fərq etmir və bunu təyin etmək, buna hüquqi qiymət vermək bizim işimiz deyil. Bunu polis və məhkəmə özü müəyyən edir. Bizlik olsa, həmin uşaqlar o an desəydilər ki, bu kitablara ehtiyacımız var, oxumaq istəyirik, biz heç nə etmədən buna şərait yaradardıq. Necə ki, bunu dəfələrlə etmişik.


Mən həmişə bu haqda susmuşam. Yenə də susmağa davam edərdim, əgər Azərbaycan Parlamentində bu cür düşünən insanların olduğunu görməsəydim”.

Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında deputat Kamal Cəfərov “Ali və Nino” kitab mağazasından oğurluq edən gənclərə görə mağaza rəhbərliyini ittiham edib.


“Həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışdı. Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN-dən çox olmadıqda bu cinayət əməli olunmur. Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oğurlayanlar da oğru olmur”,-Kamal Cəfərov deyib. 

Qeyd edək ki, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıb. Məhkəmə isə onlarə buraxıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 “Qarabağ“ - “Bazel“ oyunu başladı 16 Sentyabr 2021, 20:49 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25 ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR 16 Sentyabr 2021, 18:18 Ombudsmanlar Şuşada səfərdədilər 16 Sentyabr 2021, 18:12 AŞ PA Ermənistanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırıb 16 Sentyabr 2021, 18:06 Bakı məktəblərində ənənəvi jurnallar ləğv olunacaq 16 Sentyabr 2021, 18:00
SORĞU Hansı vaksinə etibar edirsiniz?