Modern.az

Bakıda məktəb direktoru işdən çıxdı - Valideynlər etiraz etdi

Bakıda məktəb direktoru işdən çıxdı - Valideynlər etiraz etdi

Təhsil

10 İyun 2021, 12:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 311 nömrəli məktəbin direktoru Esmira Muradovanı işdən azad edib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan əvvəl BŞTİ-dən direktora işdən çıxarılması ilə bağlı ərizə yazmaq təklif edilib. E.Muradova da ötən gün ərizəsini yazaraq işdən çıxıb. 

 

311 nömrəli məktəbin müəllim və valideynləri isə Esmira Muradovanın işdən çıxarılmasına etiraz ediblər. Onlar öz etirazlarını Təhsil naziri Emin Əmrullayevin sosial şəbəkə səhifəsində yazıblar. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?