Modern.az

İsraildə xəz satışı qadağan edildi

İsraildə xəz satışı qadağan edildi

Aktual

11 İyun 2021, 00:36

İsrail moda sənayesində xəz satışını qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Jeusaıim Post” məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da İsrail dünyada ilkə imza atıb.

 

“Xəz sənayesi dünyada yüz milyonlarla heyvanı öldürür. Heyvan dərisinin və kürkünün dəb adına istifadəsi əxlaqsızlıqdır və lazımsızdır. Yeni qaydalar İsrail bazarını ətraf mühit və heyvanlar üçün daha etibarlı hala gətirəcək”, - deyə İsrailin ətraf mühit naziri Gila Qamliel bildirib.

 

Bununla bağlı qanunvericiliyə edilən müvafiq dəyişiklik 6 ay sonra qüvvəyə minəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır