Arxiv
12 İyun 2021, 19:48 | ÖLKƏ
Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionuna keçirilən Uels-İsveçrə matçına baxıblar.

 

Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil.

 

Uels-İsveçrə matçı gərgin mübarizə şəraitində keçdi. Matçın ilk hissəsi qolsuz başa çatdı. İsveçrə millisinin hücumçusu Breel Embolo matçın 49-cu dəqiqəsində hesabı açdı.

 

Bundan sonra hücumlarının sayını artıran Uels komandası 74-cü dəqiqədə Kieffer Murun qolu ilə hesabı bərabərləşdirdi.

 

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmadı. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı.

 

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə - Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16 Ermənistanın növbəti yalanı: MN açıqlama yaydı 31 İyul 2021, 14:09 Xaricdə təhsil almış məzunlar Ağdama gediblər 31 İyul 2021, 14:02 Ərdoğan yanğın bölgələrinə gedir 31 İyul 2021, 13:55 Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində - FOTO 31 İyul 2021, 13:49 Putin yanğına görə Ərdoğana zəng vurdu 31 İyul 2021, 13:48 Dənizdə batan şəxsin meyiti tapıldı 31 İyul 2021, 13:43 Müəllimlərin təkrar imtahanların vaxtı açıqlandı 31 İyul 2021, 13:40 700-ə yaxın sahibkar Qarabağda iş qurmaq istəyir   31 İyul 2021, 13:34