Modern.az

"Ermənistan cəmiyyəti istəmir ki, minalanmış ərazilərin xəritələri təqdim olunsun"

Aktual

13 İyun 2021, 15:10

“Ermənistan Azərbaycana minalanmış ərazisinin yalnız kiçik
hissəsinin xəritəsini verib. Bu, çox kiçik ərazini əhatə edir”.

 

Bu sözləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol
Paşinyan söyləyib. Paşinyan bu açıqlaması ilə beynəlxalq
humanitar hüquq normalarının pozulmasını birbaşa etiraf edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü Nigar Arpadarai məsələ ilə bağlı fikirlərini
Modern.az-la bölüşüb.

 

O, Azərbaycan tərəfindən saxlanılan
bütün erməni hərbiçilərinin 3 tərəfli bəyanatın imzalanmasından
sonra Azərbaycan ərazisində saxlanıldığını, onların cinayətkar
olduqlarını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq cavab
verməli olduqlarını bildirib. Onların bir qrupunun artıq məhkəmə
prosesi gedir:


"15 nəfər erməninin öz tərəflərinə təhvil verilməsi ilə Azərbaycan bu
dəfə də humanist addım atdı. Eyni zamanda, Azərbaycan Ağdam
rayonunun minalanmış ərazilərin xəritələrini əldə etdi.

 


Xatırlatmaq istərdim ki, bütün ərazilərin xəritələrinin təqdimatı
beynəlxalq humanitar hüquqa görə Ermənistanın öhdəliyindədir.
Paşinyanın bu bəyanatı isə beynəlxalq humanitar hüquq
normalarının pozulmasını etiraf etməsidir.

 


Biz bunu mümkün qədər çox beynəlxalq aləmdə yaymalı,
içtimailəşdirməliyik. Təəssüf ki, son 3 illik ərzində Ermənistanın
bütün hökumətləri, rəhbərləri beynəlxalq hüquq normalarını
daima pozub.


Paşinyan isə populistdir. Onun bu bəyanatı erməni cəmiyyətində
ümumi yanaşmanı göstərir. Paşinyan ancaq Ermənistanda
insanların eşitmək istədiyi sözləri işlədir. Ermənistan cəmiyyəti
istəmir ki, minalanmış ərazilərin xəritələri təqdim olunsun,
erməni cəmiyyətində hələ də faşist, revanşist, ideyalar hökm
sürür.


Bu səbəbdən cənab Prezidentin dediyi kimi, "dəmir yumruq hər
zaman yerində olmalıdır".


Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü