Modern.az

300 bal toplayan şagirdlər uğurlarının sirrini AÇIQLADILAR

300 bal toplayan şagirdlər uğurlarının sirrini AÇIQLADILAR

Təhsil

14 İyun 2021, 13:00

2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin şagirdləri (IX sinif) üçün keçirilmiş buraxılış imtahanlarında bir neçə paytaxt məktəbinin şagirdləri ən yüksək - 300 bal toplayıblar.

Modern.az-ın əməkdaşı maksimum nəticə göstərən şagirdlərlə əlaqə saxlayıb, onların təəssüratlarını öyrənib.

Ekologiya liseyinin şagirdi Zöhrə Tağıyeva uğurunun sirrini həmyaşıdları ilə paylaşıb:


“291 nömrəli Ekologiya liseyinin 9-cu sinfindən təhsil alıram. Məşğələlərə gedirdim, evdə də çalışırdım. Uğurumun səbəbi müəllimlərimin üzərimdə əziyyəti və çox çalışmağımdır. Yaşıdlarıma məsləhətim budur ki, çox çalışsınlar, çünki hər şeyin başlanğıcı çalışmaqdır. Uğur əldə edəcəklərinə inansınlar”.

Zöhrə 3-cü qrupun imtahanlarına hazırlaşdığını vurğulayıb:


“Seçdiyim ixtisas isə hüquqşünaslıqdır, gələcəkdə hüquq təhsili almaq istəyirəm”.


300 bal toplayan Texniki-humanitar liseyin şagirdi Aysel Səfərzadə isə tibb üzrə təhsil almağı arzulayır:


“Nəsimi rayonunda Texniki-humanitar liseyin 9-cu sinfindən oxuyuram. Bir müddət əvvəl əlavə məşğələlərə getmişəm, evdə də çalışırdım. Şagirdlərə məqsədli çalışmağı tövsiyə edirəm. Çünki məqsədin olan zaman nə edəcəyini bilirsən, addımladığın yol daha rahat olur.

Tibb üzrə təhsil almaq istəyirəm. Buna görə, 4-cü ixtisas qrupuna hazırlaşıram.  Hər zaman arzum olub ki, insanlara kömək edim”.

251 nömrəli məktəbin 300 bal topayan şagirdi Validə Ağazadə iqtisadçı olmaq istəyir:

“Nizami rayonu 251 nömrəli məktəbdə təhsil alıram. Məşğələlərə gedirdim. Uğurumun səbəbi çox çalışqan olmağımdır. Öz yaşıdlarıma da tövsiyə edirəm ki, çox çalışsınlar. 2-ci ixtisas qrupuna hazırlaşıram. Gələcəkdə iqtisadçı olmaq istəyirəm”.

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır