Modern.az

Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərə 2.2 milyard dollar xərclənib

Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərə 2.2 milyard dollar xərclənib

Aktual

14 İyun 2021, 13:30

2021-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.2 milyard dollar təşkil edib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 1.5 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.7 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

 

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1% azalaraq 818.2 mln.$ təşkil edib. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 680.2 milyon dollar (7.2% artım) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsirindəisə 138 milyon dollar (28.2% azalma) olub. Qarşılıqlı xidmətlər dövriyəsinin 39.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 872.7 milyon dollar olan nəqliyyat xidmətlərinin 62%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyrirezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 540.9 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 331.8 milyon dollar təşkil edib.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 39.6% artıb, idxalı isə 14.1% azaləb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin I rübündə 91.7 milyon dollar olan kəsir 2021-ci ilin I rübündə 209.1 milyon dollar profisitlə əvəzlənib. 2021-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110.8 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84.7 milyon dollar) ixracı (26.1 milyon dollar) üstələməsi nəticəsində 58.6 milyon dollar həcmində kəsir yaranıb.

Rəsmi məlumata görə, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8.4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4.4 dəfə azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 84.7 milyon dollar təşkil edib. Bunun 91.7%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.2 dəfə azalaraq 1.7 milyon dollar, digər işgüzar xidmətlərin həcmi isə 22.9% artaraq 172.5 milyon dollar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür