Modern.az

İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı

İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı

Dünya

14 İyun 2021, 23:14

İngiltərədə pandemiya ilə bağlı məhdudiyyətlər iyulun 19-da, əvvəlcədən təyin edilmiş tarixdən (21 iyun) bir ay gec ləğv olunacaq.

 

Modern.az xəbər verir ki, bu qərarı Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda keçirdiyi mətbuat konfransında açıqlayıb.

 

Baş nazir bildirib ki, bu tarixə qədər ölkənin bütün yetkin yaşa çatan əhalisinə peyvəndin ilk dozasının vurulması planlaşdırılır.

 

Məhdudiyyətlərin təxirə salınmasının əsas səbəbi koronavirusun Hindistan variantına (ÜST-nin yeni təsnifatına görə "Delta" ştammı) yeni yoluxma hallarının sayının sürətlə artması olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir