Arxiv
15 İyun 2021, 22:58 | HADİSƏ
Robert Koçaryanın əsl atası azərbaycanlı olub? - İDDİA

Ermənistanda növbədənkənar parlament seçkilər gəlir və 20 iyunda azəri balası Robert qalib gəlmək əzmindədir. Bəli, bəli, dostlar Ermənistanın eks-prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın əsas rəqibi Robert Koçaryanın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...


Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Oqanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qız olub. Bunu Daşkəsənin Maarif müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir, adını çəkmək istəmirəm) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib. Bəli, bizim azərbaycanlılar belədirlər, gözəlliyin kənddə solmasını istəmirlər. Həm də o vaxtlar dəb idi, hər pullu azərbaycanlı kişinin ikinci erməni arvadı olmalı idi...


Qərəz, Emma Oqanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif idarəsinin çolaq sürücüsü Sedrak Koçaryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...


Amma daşın, divarın da qulağı var deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı, əslən ermənistanlıdır, adını çəkmək istəmirəm) əvvəl gənc müəllimə Emma Oqanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...


Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayır.


Emma Oqanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88 – 89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Dağlıq Qarabağa, Xankəndinə gedir. Burda Robert Koçaryanın yeni həyat dastanı yazılır...


Dostlar, azərbaycanlı balası Robertin sonrakı taleyi ilə “Vikipediya” İnternet ensiklopediyasında, “Robert Koçaryan” bölməsində tanış ola bilərsiniz...



Qalib ARİF 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36 Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub 30 İyul 2021, 15:36 Şuşanın ərazi planlaşdırma layihəsi jurnalistlərə təqdim olundu 30 İyul 2021, 15:34 "124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş 30 İyul 2021, 15:29 Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI 30 İyul 2021, 15:26 Türkiyə səfiri Azərbaycana təşəkkür etdi 30 İyul 2021, 15:20 ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb - FOTOLAR 30 İyul 2021, 15:14 YAP-dan Eldəniz Səlimovun polislə insidentinə REAKSİYA 30 İyul 2021, 15:08 Mehriban Əliyeva: “Türkiyə xalqına güc və səbir diləyirəm!” 30 İyul 2021, 15:02 Prezident İsmayıllıya 5,6 milyon manat ayırdı 30 İyul 2021, 14:56 Tokio-2020: Boksçumuz yarımfinalda 30 İyul 2021, 14:50 Baş Prokurorluq vətəndaşlara müraciət etdi 30 İyul 2021, 14:44 Azərbaycan yanğınsöndürənləri Türkiyəyə gedir 30 İyul 2021, 14:38 Çoban fermeri ÖLDÜRDÜ 30 İyul 2021, 14:32 Türkiyədəki yanğınlara görə 5 nəfər saxlanıldı 30 İyul 2021, 14:26 Həkim Araz Bayramov məhkəməyə gəlmədi 30 İyul 2021, 14:20