Modern.az

“Şuşa Bəyannaməsi qaliblərin imzaladığı sənəddir- Sergey Markov

“Şuşa Bəyannaməsi qaliblərin imzaladığı sənəddir” - Sergey Markov

16 İyun 2021, 17:15

“Şuşa Bəyannaməsi qələbə çalanların imzaladığı bəyannamədir. Bəli, Azərbaycan İkinci Qarbağ müharibəsində qələbə çaldı və Ermənilərin işğal etdiyi ərazilərin 70 faizini düşməndən azad etdi”.


Modern.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib. O, sözügedən sənədin region üçün daha təhlükəsiz gələcək vəd etdiyini vurğulayıb:

“Türkiyə Azərbaycanın sıx əlaqələr qurduğu ölkədir, müharibə zamanı həm siyasi, həm də hərbi cəhətdən aktiv şəkildə Azərbaycana kömək edib. Yəni türk hərbçilərinin də Qarabağ müharibəsində böyük rolu olub. Hətta Türkiyə Ermənistana hücüm etməyə belə hazır idi. Çünki müharibə zamanı Türkiyədən Azərbaycana gedən neft-qaz kəmərlərinə raket zərbələri endirilməsi böyük gərginlik yaratmışdı. Bunların fonunda Şuşa Bəyannaməsi  daha sıx və təhlükəsiz gələcək vəd edir. Beləliklə, bölgədə möhkəm əməkdaşlıqlar qurmaq mümkün olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir