Modern.az

“BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama

“BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama

Aktual

17 İyun 2021, 21:11

"Bəzi KİV-də “BakuBus”a məxsus avtobusun qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir".

 

Bu barədə "BakuBus"dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd olunub ki, 17 iyun 2021-ci il saat 11:20 radələrində İnşaatçılar prospektində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib:

 

"Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücüsü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq, qəza barədə Dövlət Yol Polisinə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb.

Həmçinin bildiririk ki, “BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır. Hər bir avtobusda sürücü davranışları real vaxt rejimində izlənildiyindən qəza törədərək hadisə yerindən yayınma qeyri-mümkündür".

 

Rəsmi məlumata görə, paytaxtımızda idman tədbirinin keçirildiyi günlərdə bu kimi qeyri-real məlumatların yayılması heç də təsadüfi deyil:

 

"Məqsəd beynəlxalq tədbirlər zamanı uğurla icra edilən nəqliyyat tədbirlərini gözdən salmaqdır.

Bir daha bəzi media təmsilçilərini peşə etikasına və peşəkarlıq prinsiplərini əməl edərək əldə edilən məlumatı rəsmi mənbələrdən təsdiq etməyə çağırırıq.

Yayılan hər bir yalnış informasiya cəmiyyətdə narahatlıq və çaşqınlıq yaratmaqla yanaşı məlumatı yayan informasiya orqanının obyektivliyini də şübhə altına alır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...