Modern.az

Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri Moskvada görüşdü

Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri Moskvada görüşdü

22 İyun 2021, 20:53

Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar", - deyə nazirlikdən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub