Arxiv
23 İyun 2021, 11:36 | AKTUAL
Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu

Azərbaycan tarixi, geostrateji mövqeyi və dinamik inkişafı ilə qlobal arenaya hər zaman mühüm töhfələr verməkdədir. Bu baxımdan ölkəmizin dayanıqlı inkişaf məqsədlərinin uğurlu icrasında daim ön sıralarda olması təsadüfi deyil. “Dayanıqlı İnkişaf Məqsədləri indeksi” üzrə göstəricilərə əsasən ölkəmiz 165 ölkə sırasında 55-ci, Cənubi Qafqaz regionunda isə ilk sıradadır. BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat təqdim edən Azərbaycan, artıq növbəti 3-cü Hesabatını təqdim etməyə hazırlaşır.    

  

Bu gün heç kəsin kənarda qalmaması prinsipi ilə 17 məqsəd və 169 hədəfdən ibarət mürəkkəb gündəliyin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin iştirakı, sektorlar arası əməkdaşlıq, innovativ yanaşmaya əsaslanan dayanıqlı həll yollarının tətbiqi və sosial qruplar arasında dialoqun təmini labüddür. Dayanıqlılığın təşviqi üçün isə gələcək nəsillərin maraqlarının müdafiəsi, habelə gənclərin qlobal dəyişikliklərə öz töhfəsini verə biləcəyi platformaların mövcudluğu mühümdür. 

 

“2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” bəyannaməsi, universal hesab olunan sənəd (DİM) dövlətin bütün institutlarının iştirakını nəzərdə tutur və ölkə gündəliyində təxirə salınmaz tədbirlərin həyata keçirilməsində bütün cəmiyyətin iştirakını vacib edir. Qanunvericilik sahəsində qəbul olunan qanunların effektiv icrasının, habelə maliyyə hesabatlılığının nəzarətini həyata keçirən milli parlamentlərin qlobal məqsədlərə çatılmasında rolu və əhəmiyyəti yüksəkdir. Belə ki, Parlament üzvlərinin “Dayanıqlı İnkişaf Məqsədləri”nin uğurla yerinə yetirilməsini dəstəkləmək və monitorinqini həyata keçirmək üçün konstitusiyaya əsaslanan məsuliyyətləri və imkanları vardır. 

 

Millət vəkilləri xalqla dövlət qurumları arasında unikal bir əlaqəyə sahib olaraq “heç kəsin kənarda qalmaması” prinsipini təmin etmək məqsədilə insanların ehtiyaclarına və tələblərinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi vəzifəsini yerinə yetirir. Millət vəkilləri bütövlükdə DİM-lərin 17 məqsədi çərçivəsində hər birinin icrasına dəstək verməli və 2030 Gündəliyinin bütövlüyünü qorumalı olan məsuliyyət sahibləridir. 

 

Azərbaycan dövlətinin də 17 DİM-in təkmilləşməsini və icrasını əlaqələndirmək üçün yeni nəslin (gənclərin) üzvlərinin iştirakının (könüllülük prinsipi üzrə) faydalılığı da nəzərə alınmalıdır. Gənclərin ölkə səviyyəsində və beynəlxalq səviyyədə inteqrasiyasının və iştirakçılığının gücləndirilməsini təmin edən yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması, eləcə də Azərbaycanda gənclərin inkişafı ilə əlaqədar reallaşdırılan proseslərə töhfə vermək məqsədi ilə həyata keçirilən layihələr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yeni nəfəs qazanmışdır.     

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçilməsi gənclərin qlobal məsələlərdə aktiv iştirakını təmin edən əsas təşəbbüslərdən biridir. 2018-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq DİM üzrə 17 Gənc Səfir seçilmişdir.  

 

2018-2020-ci illər ərzində 17 Gənc Səfir könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyələrdə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılması ilə yanaşı, ölkədə DİM-lərlə bağlı təşəbbüslərin həyata keçirilməsinə böyük töhvələr vermişlər. Məhz onların fəaliyyətlərinin nəticəsi olaraq Azərbaycanda minlərlə gənc DİM-lərdən xəbərdar olmuş və qlobal məqsədlər üçün fəaliyyətə başlamışlar.  

 

Hal-hazırda isə 2021-2023-cü illəri əhatə edəcək gənc səfirlər 300-ə yaxın gənc arasından seçilmiş və Azərbaycan Respublikasının baş nazirinin müavini, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun, BMT İnkişaf Proqramının və Gənclər və İdman Nazirliyinin rəhbərlərinin iştirakı ilə rəsmi tədqimat mərasimində ictimaiyyətə təqdim olunmuşdur.     

  

Millət vəkillərinin dayanıqlı inkişaf məqsədlərinin icrasında Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərlə əməkdaşlığı və gənclərə olan dəstəyi Parlamentin iştirakçılığını təmin etməklə onun ikitərəfli beynəlxalq əlaqələrinə, beynəlxalq təşkilatlardakı fəaliyyətinə, eyni zamanda dövlət və fərd münasibətlərinin daha etibarlı və şəffaf idarəçiliyinə əlavə bir vasitə olacaqdır. Gənc ekspertlərin (Səfirlərin) səyləri və vəkilliyi ilə ölkə qanunvericiliyinin təkmilləşməsində daha inklüziv və davamlı həll yolları təmin edilə bilər. Bu ilk növbədə regionlarımızı təmsil edən deputatların Gənc Səfirlərin işinin şaxələndirilməsi və regionların inkişafına cəlb olunmasına dəstəyi ilə baş tuta bilər. 

 

DİM üzrə Gənc Səfirlər, eyni zamanda ölkənin bir çox dövlət qurumları ilə birgə fəaliyyət göstərir və BMT tərəfindən rəsmi formada qeyd olunan günlərdə aktiv proqram və layihələr həyata keçirirlər. Milli Məclisin Gənclər və idman komitəsi daxil olmaqla digər komitələr bu fəaliyyətə aktiv şəkildə cəlb olunaraq gənclərin işinə dəstək ola bilərlər. 

 

Əminəm ki, bu əməkdaşlıq sayəsində Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsində hər zaman vurğuladığı “Azərbaycançılıq” ideyasının daha da güclənməsi və ölkədə kadr potensialının gənc peşəkarların yetişdirilməsi ilə inkişaf etməsində Milli Məclisin rolu böyük olacaqdır.

 

Məzahir Əfəndiyev

Milli Məclisinin deputatı

       
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12 Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir” 27 İyul 2021, 10:10 Həyətində narkotik yetişdirən yaşlı qadın saxlanıldı - FOTOLAR 27 İyul 2021, 10:05 Azərbaycan cüdoçusu mübarizəni dayandırdı 27 İyul 2021, 10:00 Qarabağda erməni hərbçi ÖLDÜ 27 İyul 2021, 09:56 Toyuna 50 nəfərdən çox qonaq çağıran şəxslər məsuliyyətə cəlb olundu 27 İyul 2021, 09:51 Neft bahalaşdı 27 İyul 2021, 09:46 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət 27 İyul 2021, 09:40 Komitələrin payız hazırlığı: “Növbəti sessiya layihələrlə zəngin olacaq” 27 İyul 2021, 09:34 Bərdə sakini həmkəndlisini qətlə yetirdi 27 İyul 2021, 09:28 YAP və AKP gəncləri bir arada 27 İyul 2021, 09:22 Palatka toyunun sahibi cərimələndi 27 İyul 2021, 09:16 Toyda yazılan cərimələri kim ödəməlidir? - RƏSMİ 27 İyul 2021, 09:10 “Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” – MÜSAHİBƏ   27 İyul 2021, 09:05 Rekord istilər gəlir - Alimlərdən ciddi XƏBƏRDARLIQ 27 İyul 2021, 09:00 Bakıda bu yollarda tıxac var - SİYAHI  27 İyul 2021, 08:42