Modern.az

Ermənistandan üçtərəfli razılaşmanın şərtlərini pozan İDDİA

Ermənistandan üçtərəfli razılaşmanın şərtlərini pozan İDDİA

Dünya

29 İyun 2021, 13:22

Ermənistanın Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan geniş açıqlamalar verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İctimai Televiziyanın efirində danışan Qriqoryan bir sıra qalmaqallı fikirlər səsləndirib:

 

“Azərbaycan Ordusunun Ermənistan ərazisindən (?) çıxarılması ilə bağlı intensiv danışıqlar aparılır. Rusiya sərhədçiləri sovet dövründə Azərbaycanla Ermənistan arasında mövcud olmuş inzibati sərhədlərdə dayanacaq. Demarkasiya və delimitasiya prosesi bitdikdən sonra Azərbaycan və Ermənistan sərhədçiləri onları əvəzləyəcək”.

Armen Qriqoryan 2020-ci il noyabrın 10-da imzalanmış Azərbaycan, Rusiya və Ermənistan birgə bəyanatının ziddinə gedərək, rus sülhməramlılarının 4,5 il sonra Dağlıq Qarabağı tərk etməyəcəyini əminliklə söyləyib.

 

Xatırladaq ki, sülhməramlıların Qarabağdakı mandatının uzadılıb-uzadılmaması ilə bağlı qərarı yalnız Azərbaycan tərəfi verə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü