Modern.az

Tacikistanda Covid-19 peyvəndi məcburi olacaq

Tacikistanda Covid-19 peyvəndi məcburi olacaq

4 İyul 2021, 12:03

Tacikistan Koronavirusla Mübarizə Komissiyasının qərarı ilə, bu günə qədər ölkədə istəyə bağlı olan peyvənd artıq 18 yaşdan yuxarı vətəndaşlar üçün məcburi olacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Tacikistanda xaricdən gələnlərin 10 gün ərzində karantin altında qalması da qərar verilib.

 

Peyvəndlənmənin 22 martda başladığı ölkədə, bu günə qədər 280 min insan vaksinasiyadan keçib.

 

Tacikistan Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində ölkədə Covid-19 xəstələrinin sayı 21 % artaraq 13,569-a, virusdan sağalanların sayı isə 13 % artaraq 13,346-a minə çatıb.

 

Qeyd edək ki, ölkədə bu günə qədər virusdan ölənlərin sayı 92 nəfərdir.

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir