Arxiv
6 İyul 2021, 19:00 | DİASPOR
ABŞ və Ukraynadakı azərbaycanlılar Oxçuçayla bağlı "Greenpeace" təşkilatına müraciət etdilər

Oxçuçaya qarşı törədilən ekoloji terrora etiraz əlaməti olaraq Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (ACCA) və Ukrayna Azərbaycanlıları Radası (UAR) nüfuzlu "Greenpeace" beynəlxalq təşkilatına müraciət edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, bəyanatlarda Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Oxçuçayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri nəzərə çatdırılıb.

 

Qeyd edilib ki, bütün bunlar həm də insan sağlamlığına böyük təhlükə yaradır, amma Ermənistan 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmur və öhdəliklərindən yayınır.

 

ACCA və UAR ətraf mühitin qorunmasında böyük rol oynayan "Greepeace" təşkilatını baş verənlərə göz yummamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması məqsədilə dərhal hərəkətə keçməyə çağırış edib.

 

Bəyanatları Azərbaycan-Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan-Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika- Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta-Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida-Azərbaycan Cəmiyyətininn rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı, Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova və UAR baş katibi Cəlal Hüseynov imzalayıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10
SORĞU Hansı vaksinə etibar edirsiniz?