Arxiv
7 İyul 2021, 23:47 | QARABAĞ
Rusiya MN-dən Qarabağdakı atışma barədə AÇIQLAMA

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin 7 iyul tarixinə olan fəaliyyəti ilə bağlı məlumatnda deyilir.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəsə ümumiyyətlə bütün təmas xəttində hörmət edilir", - deyə nazirlikdən bildirilib.

 

Məlumata görə, Rusiya sülhməramlıları bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

 

"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa - Qırmızı Bazar- Qacar marşrutu boyunca və biri əks istiqamətdə".

 

Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

 

"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. Gün ərzində ərazinin 3 hektarı təmizlənib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır".

 

Qeyd edək ki, Rusiya MN-in açıqlamasında iyulun 6-da erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulması barədə aşağıdakı qeyd yazılıb:

 

"Eyni zamanda, 6 iyulda, Dağlıq Qarabağın Martuni (Xocavənd - red.) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır".

 

Xatırladaq ki, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

 

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

 

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi 16 Oktyabr 2021, 10:04 Bu marşrut xətlərinin istiqaməti dəyişdirilib 16 Oktyabr 2021, 09:55 Məsciddə ölənlərin sayı 63-ə çatdı 16 Oktyabr 2021, 09:41 4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00